2021-ci ildə TP Engineering şirkəti “LUKOIL-Permneftorqsintez” MMC-nin obyektlərində texnoloji qurğuların əsaslı təmirinə baş podratçılardan biri qismində başlayacaq.
Təmir müddətində “LUKOIL-Permneftorqsintez” MMC-nin ümumilikdə altı qurğusunda montaj və tikinti işləri aparılacaqdır.
Bu layihə “LUKOIL- Permneftorqsintez” MMC ilə TP Engineering arasında qarşılıqlı etimada və qarşıya qoyulmuş hədəflərə nail olmağa əsaslanan növbəti əməkdaşlıq nümunəsidir.
TP Engineering müasir təmir metodları və texnologiyalarından, habelə PRIMAVERA və SAP kimi innovativ proqram təminatlarından istifadə edərək, layihə işçilərinin sayını və müddətini optimallaşdırır.
İşlərin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsi, “LUKOIL-Permneftorqsintez” MMC-nin obyektləri də daxil olmaqla, TP Engineering tərəfindən aparılan hər bir təmir işinin vacib və ayrılmaz hissəsidir.
Foto mənbəyi: www.permneft-portal.ru